18 May 2024
Rabat Tel-Əvivdə diplomatik nümayəndəlik açacaq

Rabat Tel-Əvivdə diplomatik nümayəndəlik açacaq

10 Dekabr 2020
Baxış: 1546

İsrail və Mərakeş ölkələr arasında birbaşa uçuşlara icazə verəcək və sürətlə tam diplomatik münasibətlərə keçəcəklər. Reuters yazdığına əsasən, bunu Ağ Evin baş məsləhətçisi Jared Kuşner söyləyib.

"Gələcəkdə səfirlik açmaq niyyəti ilə dərhal Rabat və Tel-Əvivdə ofislər açacaqlar. İsrail və Mərakeş şirkətləri arasında iqtisadi əməkdaşlığı inkişaf etdirəcəklər" deyə bildirib.

"Bu tarixi addım sayəsində Mərakeş, İsrail də daxil olmaqla, Mərakeşdə və dünyada yaşayan Mərakeşli Yəhudi icması ilə uzun müddətdir əlaqələrini gücləndirir. Bu, İsrail və Mərakeş xalqları üçün irəliləyən bir addımdır" deyə qeyd edib.

Teqlər: Rabat