21 May 2024
Qurban Qurbanovun uşaqlığını oynayan uşaq O ŞƏXSİN OĞLU İMİŞ - FOTO

Qurban Qurbanovun uşaqlığını oynayan uşaq O ŞƏXSİN OĞLU İMİŞ - FOTO

28 Noyabr 2023
Baxış: 368

“Qarabağ”ın çalışdırıcısı ​Qurban Qurbanova həsr olunan “Stadionlar səssiz olanda” filmində baş məşqçinin uşaqlığını canlandıran rolun ifaçısının kimliyi maraq doğurub.

AJMEDİA.İNFO xəbər verir ki, həmin rolun ifaçısı “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlovun oğlu Amin Adıgözəlovdur.

Doqquz yaşlı A.Adıgözəlov həm də “Sabah” klubunun aşağı yaş qruplarında futbol oynayır.

Qeyd edək ki, ötən gün baş tutan filmin təqdimatından sonra Q.Qurbanov klub prezidentinin oğlunu oynadığı rola görə təbrik edərək qucaqlayıb.