19 May 2024
Qurban kəsilən ölkələrdə qoyunların fərqli qiyməti: Azərbaycan neçənci yerdədir? - SİYAHI

Qurban kəsilən ölkələrdə qoyunların fərqli qiyməti: Azərbaycan neçənci yerdədir? - SİYAHI

27 İyun 2023
Baxış: 626

Qurban kəsilən bəzi ölkələrdə ən ucuz qoyun Azərbaycandadır.

Bu barədə bayram ərəfəsində müxtəlif ölkələrdə heyvanların qiyməti ilə bağlı hazırlanan infoqrafikadan məlum olub.

Azərbaycanla yanaşı, yeddi ölkənin yer aldığı siyahıdan aydın olur ki, ölkəmizdə qoyunun qiyməti 150 - 170 dollar (255 - 289 manat) arasında dəyişir.

Tacikistan 150 - 175 dollarla (255 - 297 manat) ikinci, Qazaxıstan 156 - 170 dollarla (256 - 289 manat) üçüncü yerdə qərarlaşıb.

Bundan sonra siyahını Qırğızıstan (172 - 183 dollar / 292 - 311 manat), Özbəkistan (250 - 280 dollar / 425 - 476 manat), Türkiyə (253 - 270 dollar / 430 - 459 manat) və Türkmənistan (300 - 320 dollar / 510 - 544 manat) davam etdirir.oxu.az