06 May 2024
Qubernator: “Beyrut limanına dəyən ziyan 3-5 milyard dollar civarındadır”

Qubernator: “Beyrut limanına dəyən ziyan 3-5 milyard dollar civarındadır”

05 Avqust 2020
Baxış: 1334

Beyrut limanına dəyən ziyanın məbləği açıqlanıb.

AJM-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Beyrut şəhərinin qubernatoru Marvan Abbud bildirib.

Onun sözlərinə görə, partlayışdan sonra Beyrut limanına dəyən ziyan 3-5 milyard dollar civarındadır.

Qeyd edək ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.

Teqlər: Qubernator