19 May 2024
Qubanın ən yaşlı sakininin 100 yaşı tamam oldu - FOTO

Qubanın ən yaşlı sakininin 100 yaşı tamam oldu - FOTO

03 Yanvar 2022
Baxış: 395

Yanvarın 3-də Quba rayon sakini Əhmədova Fatma İbad qızının 100 yaşı tamam olub.

AJMEDİA.İNFO xəbər verir ki,Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.

Qeyd edilib ki, Fatma Əhmədova Qubanın ən yaşlı sakinidir.

Yüz yaşı tamam olan F.Əhmədova 1922-ci il yanvarın 3-də Quba rayonunun Növdün kəndində doğulub.

Qeyd edək ki, şimal bölgəsində yaşı yüzü keçən dörd nəfər var. Onlardan ikisi Siyəzən, biri Şabran, biri də Quba sakinidir.

Teqlər: Quba