19 May 2024
Qriqoryanın Vaşinqton səfəri ilə bağlı şok detal: “Qarabağın statusu ilə bağlı...”

Qriqoryanın Vaşinqton səfəri ilə bağlı şok detal: “Qarabağın statusu ilə bağlı...”

20 Dekabr 2021
Baxış: 560

“Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Vaşinqtonda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri (Ceyk Sallivan) ilə görüşündə Qarabağın statusu və hərbi əsirlərin (Bakıda saxlanılan diversantlar) qaytarılması ilə bağlı sualları qaldırmayıb”.

AJMEDİA.İNFO Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.

Onun sözlərinə görə, Armen Qriqoryan, eyni zamanda, Sallivanla görüşündə ABŞ-dan Azərbaycana qarşı tətbiq edilən 907 saylı qətnamənin icrasının dayandırılmasından da danışmayıb.

“Armen Qriqoryan Ceyk Salivanla Təhlükəsizlik Şurasının bildirdiyi kimi, Ağ Evdə yox, Eyzenhauer hökumət korpusunda görüşüb. Ağ Evdə qonaqları adətən prezident və vitse-prezident qəbul edir”, - Sərkisyan bildirib.

Ekspert Qriqoryanın ABŞ Dövlət katibi Entoni Blinken tərəfindən qəbul edilmədiyinə də diqqət çəkib: “Dövlət katibi Armen Qriqoryanla görüşmədi. Onun əvəzinə köməkçisi ilə görüşdü”.