16 May 2024
"Qiyməti qaldıranlar müftəyeyən bar uşaqlarıdır, xalqdan xəbərləri yoxdur" - AÇIQLAMA

"Qiyməti qaldıranlar müftəyeyən bar uşaqlarıdır, xalqdan xəbərləri yoxdur" - AÇIQLAMA

15 Oktyabr 2022
Baxış: 409

“İctimai nəqliyyatda gediş haqlarının qaldırılması anormal haldır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev söyləyib. Partiya sədri daha sonra bunları əlavə edib:

“Xalqın aldığı maaş nədir ki, qiymətləri də bir artırırlar?! Deyirlər ki, zərərə işləyirik. Bəs, yaxşı iki avtobus dəyişən sərnişin nə etsin? Biz hər şeyi sakit qarşılayan xalqıq. 5 qəpiyə bu insan gündə neçə dəfə avtobus dəyişməlidir? Bunun aldığı maaş nədir? Ona görə də, bunu qaldırılanların hamısı müftə yeyən insanlardır. Bunların xalqdan xəbəri yoxdur. Hamısı bar uşaqlarıdır, yığılıbdır. Necə düşünürlər, o cür də hərəkət edirlər. Buna getmək olmaz! Əhalinin aldığı maaş nədir? Əhalinin neçə faizi işsizdir. Anormal proses gedir, qalmışıq pis vəziyyətdə. Düşünürəm ki, xalq da fikrini deməlidir. Millət də dinlənmir! Qiyməti qaldıran, dənizin qırağını çəpərləmisən! Milyardlarla pulun var, xaricdən zavodlar alıbsınız. Bunun axırı hara gedir? Bunu demək lazımdır! Bunu da deyən yoxdur”.