19 May 2024
Qiyamçı generalın oğlu ilə MOSSAD rəsmiləri arasında MƏXFİ GÖRÜŞ  - ŞOK DETALLAR

Qiyamçı generalın oğlu ilə MOSSAD rəsmiləri arasında MƏXFİ GÖRÜŞ - ŞOK DETALLAR

12 Noyabr 2021
Baxış: 499

Liviyadakı qiyamçı general Xəlifə Haftarın oğlu Səddam Haftar Tel-Əvivə gizli səfər edərək burada atasının iki ölkə arasında gələcəkdə diplomatik əlaqələr qurmağı hədəfləyən mesajını çatdırıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrailin “Haretz” qəzeti bildirir.

Məlumata görə, Səddam Haftar noyabrın 1-də İsrailə gəlib.

Səddam Haftar atasının Liviya ilə İsrail arasında gələcəkdə diplomatik əlaqələr qurmasının qarşılığında İsraildən hərbi və siyasi dəstək tələb edən mesajını Təl-Əvivə çatdırıb.

Qeyd edilir ki, oğul Haftar atasına yaxın iş adamının şəxsi təyyarəsi ilə Birləşmiş Ərəb Əmirliyindən İsrail paytaxtına uçub və burada İsrail təhlükəsizlik qüvvələri ilə 1,5 saatlıq görüş keçirib.

Ehtimal edilir ki, bu addım Liviyada dekabrın 24-də keçirilməsi planlaşdırılan prezident seçkiləri ilə əlaqədar ola bilər.

Xəbərdə xatırladılır ki, Xəlifə Haftarın özü əvvəllər fərqli ölkələrdə MOSSAD rəsmiləri ilə müzakirələr aparıb.(Teleqraf.com)