16 May 2024
Qısqanc gənc keçmiş sevgilisinin və onun dostunun üstünə sulfat turşusu atdı

Qısqanc gənc keçmiş sevgilisinin və onun dostunun üstünə sulfat turşusu atdı

11 Dekabr 2021
Baxış: 656

Sankt-Peterburqda 24 yaşlı gənc qısqanclıq zəminində qəddar hərəkət törədib. Belə ki, o, 18 yaşlı keçmiş sevgilisinin və onun 18 yaşlı dostunun üzərinə sulfad turşusu töküb.

Artıq şübhəli saxlanılaraq şöbəyə aparılıb.

Xəsarət alanlar kimyəvi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qızın vəziyyəti ağırdır (yerli media onun medikamentoz yuxuda olduğunu yazır), gəncin vəziyyəti qənaətbəxşdir.

Cinayət işinin başlanması məsələsi həll olunur.