17 May 2024
Qırğızıstan Prezidenti deputatları Qazaxıstana hərbçilərin göndərilməsinə mane olmamağa çağırdı

Qırğızıstan Prezidenti deputatları Qazaxıstana hərbçilərin göndərilməsinə mane olmamağa çağırdı

06 Yanvar 2022
Baxış: 605

Qırğızıstan Prezidenti Sadır Japarov parlament deputatlarını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində öz hərbçilərinin Qazaxıstana göndərilməsinə mane olmamağa çağırıb.

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.

"Hərbçilərimizi qazax qardaşlarımıza atəş açmağa göndərmirik. Əminik ki, öz xalqına atəş açmayan əsgərlərimiz qazax qardaşlarımıza da atəş açmayacaq. Əksinə sabitliyi gücləndirmək üçün kömək etməyə göndəririk", - Japarov əmin edib.

Bu gün Qırğızıstan parlamenti kvorum olmadığı üçün Qazaxıstana hərbçilərin göndərilməsi məsələsinə baxa bilməyib. İclas yanvarın 7-nə təxirə salınıb.