05 May 2024
Qəzzadan İsrailə nə qədər raket atılıb? - AÇIQLAMA

Qəzzadan İsrailə nə qədər raket atılıb? - AÇIQLAMA

19 May 2021
Baxış: 501

Son doqquz gün ərzində İsrail ərazisinə Qəzza zolağından azı 3 700 raket buraxılıb.

AJMEDİA.info xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Qeyd olunub ki, raketlərin 90 faizi “Dəmir Qübbə” raket əleyhinə müdafiə sistemi tərəfindən məhv edilib.

Bir çox yaşayış evlərinə, məktəblərə və bağçalara ziyan dəyib, 540 raket fələstinlilərin yaşadığı ərazilərə düşüb.

İsrail ordusu isə öz növbəsində Qəzza sektorunda radikalların əhəmiyyətli hərbi obyektlərinə zərbələr endirib.