06 May 2024
Qəzzada ölüm-dirim savaşı - HƏMAS-ın “qala”sı təslim oldu

Qəzzada ölüm-dirim savaşı - HƏMAS-ın “qala”sı təslim oldu

06 Noyabr 2023
Baxış: 406

İsrail qoşunları Qəzzada HƏMAS-ın “qala”sını ələ keçirib və bu qruplaşmaya aid 450-yə yaxın obyektə zərbələr endirib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

HƏMAS-ın zərbə endirilən hərbi kompleksinə müşahidə məntəqələri, raket buraxılış mövqeləri, təlim meydançaları və yeraltı tunellər daxildir.

İsrail hərbçilərinin mövqeləri ələ keçirərkən çox sayda HƏMAS üzvünü və səhra komandirlərini məhv etdikləri bildirilir. Hava zərbələri nəticəsində HƏMAS-ın xüsusi əməliyyatlar bölməsinin rəhbəri Camal Musa da öldürülüb.

Ümumilikdə İsrail ordusu HƏMAS-ın 450-dən çox hədəfinə zərbələr endirib.(Telegraf.com)