06 May 2024
Qəzzada öldürülən İsrail əsgərlərinin sayı 46-ya çatıb

Qəzzada öldürülən İsrail əsgərlərinin sayı 46-ya çatıb

14 Noyabr 2023
Baxış: 466

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında quru əməliyyatı zamanı həlak olan İsrail əsgərlərinin sayının 46-ya çatdığını bildirib.

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, İsrail ordusunun radikal Fələstinin HƏMAS qruplaşmasına qarşı davam edən əməliyyatı zamanı Qəzza zolağının şimalında gedən döyüşlərdə daha iki əsgər (21 yaşlı çavuş və 27 yaşlı sıravi əsgər) həlak olub.

Qeyd edək ki, İsrail ordusunun quru hücumunun başlamasından bəri ölən hərbçilərin sayı 46-ya çatıb.