17 May 2024
“Qəzzada ən azı 10 min yaraqlı öldürülüb” – Yoav Qalant

“Qəzzada ən azı 10 min yaraqlı öldürülüb” – Yoav Qalant

03 Fevral 2024
Baxış: 360

Qəzza zolağında gedən döyüşlər zamanı İsrail hərbçiləri 10 min yaraqlını öldürüb, ən azı 10 min yaraqlını isə yaralayıb.
AJMEDİA.İNFO
xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant keçirdiyi brifinqdə bildirib.
“Onların tərəfindən 10 min terrorçu öldürülüb, daha 10 min terrorçu yaralanıb”, - müdafiə naziri qeyd edib. Nazir bunu HƏMAS-ın potensialını sarsıdan ciddi zərbə adlandırıb.
Həmçinin nazir hərbçilərə müraciətlə deyib ki, onların yerüstü və yeraltı əməliyyatları İsrailli girovların qaytarılmasını yaxınlaşdırır.
“Bu müharibə möhkəmlik və qətiyyət tələb edir və biz məqsədlərimizə çatana qədər davam etməliyik”, - Qalant bildirib.
O qeyd edib ki, HƏMAS hərəkatı üçün daha ​​çətindir. Çünki onların nə silahı, nə də sursatı var.