17 May 2024
Qəzza zolağından İsrail istiqamətində 9 raket buraxılıb

Qəzza zolağından İsrail istiqamətində 9 raket buraxılıb

05 Aprel 2023
Baxış: 444

Qəzza zolağından İsrail istiqamətində 9 raket buraxılıb.

Bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"Bu gün axşam Qəzza zolağından İsrailə 9 raket atılıb. Onlardan dördü "Dəmir Günbəz" tərəfindən dəf edilib. İkinci həyəcan siqnalından sonra Qəzza zolağından daha dörd raket atılıb və açıq ərazilərə düşüb", - deyə qeyd olunub.

"KAN" telekanalı onu da bildirib ki, dəf edilməyən bir raket Sderot şəhərinin sənaye zonasında yerləşən fabrikə düşüb.

Teqlər: