15 May 2024
Qəzza zolağında HƏMAS liderinin evi BOMBALANDI

Qəzza zolağında HƏMAS liderinin evi BOMBALANDI

16 Noyabr 2023
Baxış: 517

İsrail ordusu blokadada olan Qəzza zolağında HƏMAS terror təşkilatının sədri İsmayıl Haniyənin evinə hava zərbəsi endirib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama verib.

Bildirilib ki, İsrailin döyüş təyyarələri Həniyənin Qəzza zolağındakı evini bombalayıb.

Açıqlamaya görə, sözügedən evdən HƏMAS-ın yüksək səviyyəli şəxsləri üçün görüş yeri kimi istifadə edilib.

Yerli mənbələr HƏMAS lideri Haniyənin hücum zamanı Qəzza zolağında olmadığını qeyd edib.