19 May 2024
Qəsdən qayda pozub "fəxr" edən "Range Rover" sürücüsü kimdir? - VİDEO

Qəsdən qayda pozub "fəxr" edən "Range Rover" sürücüsü kimdir? - VİDEO

22 Sentyabr 2021
Baxış: 646

Bakıda şirkətə məxsus avtomobili idarə edən şəxsin bilərəkdən qayda pozması videogörüntüyə alınıb.
"City life" MMC-yə məxsus 10 YO 007 dövlət nömrə nişanlı, "Range Rover" markalı avtomobilin sürücüsü dönmə qadağan olan yerdən geriyə hərəkət edib.
Digər bir nəfər isə onun qayda pozuntusunu videoya çəkib. Bunu görən sürücü nümayişkəranə şəkildə qayda pozuntusunu göstərmək üçün videonu çəkən şəxsə əl edib. /Avtosfer