18 May 2024
Qərbin sanksiya siyahısına düşənlərə Özbəkistanda hesab açmaq qadağan olunur

Qərbin sanksiya siyahısına düşənlərə Özbəkistanda hesab açmaq qadağan olunur

17 Fevral 2024
Baxış: 438

Özbəkistan parlamenti iqtisadi sanksiyalara məruz qalan şəxslərin ölkənin banklarında və ödəniş təşkilatlarında hesab açmasını qadağan edən qanun layihəsinə baxır.

Qanunvericilik Palatasının mətbuat xidmətindən bildirilib ki, qanun layihəsi heç bir ölkəyə qarşı yönəlməyib:

“Dünyanın demək olar ki, bütün ölkələrində layihədə nəzərdə tutulan prosedur var ki, onun məqsədi milli maliyyə institutlarının özlərinə qarşı ikinci dərəcəli sanksiyaların qarşısını almaqdır”.

AJMEDİA.İNFO xəbər verir ki, fevralın 14-də Qanunvericilik Palatası bu qanun layihəsini birinci oxunuşda qəbul edib.

Mətbuat xidməti bəzi KİV və sosial şəbəkələrdə parlamentdə baxılan qanun layihəsinin mahiyyətini və əhəmiyyətini yanlış və təhrif olunmuş şəkildə şərh etdiyinə diqqət çəkib. Belə ki, bəzi internet nəşrləri qanun layihəsinin müzakirəsini şərh edərək, Özbəkistanın “Rusiyaya qarşı maliyyə sanksiyalarına qoşulduğu” qənaətinə gəliblər.

Aşağı palatanın mətbuat xidməti bildirir ki, qanun layihəsində nəzərdə tutulan prosedur demək olar ki, dünyanın bütün ölkələrində mövcuddur. Onun məqsədi milli maliyyə qurumlarını onlara qarşı ikincili sanksiyaların tətbiqindən qorumaqdır.

Özbəkistanın mövcud qanunvericiliyində kredit və ödəniş təşkilatlarının fəaliyyətində iqtisadi sanksiyalarla bağlı riskləri tənzimləmək və nəzarət etmək üçün hüquqi baza yoxdur. Qanun layihəsi bütün kredit, ödəniş təşkilatları və ödəniş sistemlərinin operatorları üçün iqtisadi sanksiyalarla bağlı risklərin idarə edilməsi məqsədilə vahid tələblərin müəyyən edilməsi üzrə Respublika Mərkəzi Bankına səlahiyyətlərin verilməsini nəzərdə tutur.

Qanun layihəsi yekunlaşdıqdan sonra qanunvericilik palatasında ikinci oxunuşda baxılacaq. Musavat.com