06 May 2024
Qənirə Paşayevanın xəstələnməsinə sevinənlər görün kimlər imiş...

Qənirə Paşayevanın xəstələnməsinə sevinənlər görün kimlər imiş...

25 Sentyabr 2023
Baxış: 1012

ABŞ -da yaşayan politoloq Zaur Bayramlı deputat Qənirə Paşayeva ilə bağlı bir məsələyə münasibət bildirib.

Sitat: "Təsadüfən qarşıma Qənirə Paşayevanın səhhətinin pisləşməsi ilə bağlı xəbərlərin altında buna sevinən, hətta indi ölümlə çarpışan xanım millət vəkilinin əleyhinə ağır ifadələr işlədən, təhqirlər yağdıran, onun ölümünü arzulayan "insanlar"ın yorumları çıxdı.
Ümumiyyətlə, özündən hesab etmədiyin, rəqib cəhbədə olan bir insanın səhhəti üzərindən "siyasət" qurmaq, rəqib hesab etdiyi şəxslərin sağlıq durumlarını, anadangəlmə və yaxud sonradan yaranan fiziki qüsurlarını mənfi mənada müzakirə etmək, onları ələ salmaq və aşağılamaq ŞYS göstəricisidir - yəni Şəxsiyyət Yetməzliyi Sindromu".

Zaur Bayramlı Musavat.com -a göndərdiyi açıqlamasında bu mövzuda belə davam edir: "Bizim özəlliklə müxalif cinahda yer alan BİRİ(ləri)nin və əsasən O'nun/ların orbitində fırlanan tör-töküntülərin bu cür "siyasət"in uğur gətirmədiyini və gətirməyəcəyini bu 30 ildə çoxdan anlamış olmaları lazım idi.

Amma göründüyü kimi, anlamamışlar və anlayacaqlarını da zənn etmirəm. Qənirə xanıma isə Ulu Tanrıdan ən qısa zamanda sağlığına qovuşmasını diləyirəm.

Yastığı yüngül olsun". musavat.com