16 May 2024
“Qəddar və iddialı ünsürlərin müdaxiləsi xalqların mənafelərinə zərər verir" - İran Prezidenti

“Qəddar və iddialı ünsürlərin müdaxiləsi xalqların mənafelərinə zərər verir" - İran Prezidenti

07 Oktyabr 2021
Baxış: 537

“Konstruktiv əməkdaşlıq iqtisadi artımın və regionun bütün xalqlarının rifahının əsas amilidir”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi hökumətin iclasında deyib.

Onun sözlərinə görə, Qafqaz regionu bu cür sıx əməkdaşlığa yaxşı nümunə ola bilər.

Rəisi regional təhlükəsizliyin vacibliyini vurğulayaraq bildirib ki, bu, çoxtərəfli endogen regional mexanizmlərin köməyi ilə təmin edilməlidir: “Qəddar və iddialı ünsürlərin müdaxiləsi isə xalqların mənafelərinə ziyan vurur”.

İbrahim Rəisi, həmçinin vurğulayıb ki, İran öz milli maraqlarında ayıq-sayıq və fəaldır: “İranın periferiyasında İŞİD kimi terror təşkilatının mövcudluğu ölkələrin sabitliyinə və regional təhlükəsizliyə ziddir”.

Bununla yanaşı, İbrahim Rəisi bildirib ki, qonşuluq siyasəti İran üçün hər zaman orijinal olub: “Qonşuluq siyasəti xoş niyyət, mehriban qonşuluq və konstruktiv əməkdaşlıq ruhundan asılıdır və bu siyasət ikitərəfli olmalıdır”.(Qafqazinfo)