17 May 2024
Qazaxıstandakı iğtişaşların 11 təşkilatçısı saxlanıldı

Qazaxıstandakı iğtişaşların 11 təşkilatçısı saxlanıldı

08 Yanvar 2022
Baxış: 738

Qazaxıstanın Aktobe vilayətində iğtişaşların azı 11 təşkilatçısı və təhrikçisi saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onlardan ikisi “Kütləvi iğtişaşların təşkili” maddəsi ilə cinayət törətməkdə şübhəli bilinərək həbs edilib. Digərlərinin əməllərinə hüquqi qiymət verilir.

Qeyd edək ki, bun günə qədər 4404 iğtişaşçı saxlanılıb.

Teqlər: Qazaxıstan