21 May 2024
Qazaxıstandakı iğtişaşlarda İsrail vətəndaşı həlak oldu

Qazaxıstandakı iğtişaşlarda İsrail vətəndaşı həlak oldu

08 Yanvar 2022
Baxış: 648

Qazaxıstanın Almatı şəhərində iğtişaşlar zamanı bir İsrail vətəndaşı həlak olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyindən bildirilib.

“22 yaşlı israilli Ben Kodjiaşvili ötən gecə iğtişaşlar zamanı Qazaxıstanın Almatı şəhərində baş verən atışmada öldürülüb”, - deyə nazirliyin açıqlamasında qeyd edilir.

Vurğulanır ki, gənc son illər Qazaxıstanda yaşayırmış.

Cümə axşamı günü İsrail Xarici İşlər Nazirliyi Qazaxıstana səfərlərin təhlükələri barədə xəbərdarlıq edib və hazırda bu respublikada olan İsrail vətəndaşlarını xüsusi ehtiyatlı olmağa çağırıb.