17 May 2024
Qazaxıstandakı atışmalarda daha bir uşaq öldürüldü

Qazaxıstandakı atışmalarda daha bir uşaq öldürüldü

08 Yanvar 2022
Baxış: 524

Qazaxıstanın Almatı şəhərində iğtişaşlar zamanı daha bir uşaq həlak olub.

Bu barədə dörd yaşlı qızın şəhər meyitxanasında növbəyə duran atası məlumat verib.

Aydos Meldıxan bildirib ki, qızı Korkemay yanvarın 6-da axşam saatlarında həyatını itirib.

Qızların qohumları onu və iki qardaşını cümə axşamı günü ərzaq almaq üçün maşınla aparıblar. Onlar şəhərin mərkəzindən keçəndə atışma olub və güllələr maşına dəyib. Nəticədə başından güllə yarası alan Korkemay dünyasını dəyişib, daha iki uşaq isə yaralanıb.

Mənbə: ORDA

Qazaxıstanın Almatı şəhərində iğtişaşlar zamanı bir uşaq güllə yarasından ölüb, bir yeniyetmə isə yaralanıb.

Bu barədə Qazaxıstanın Uşaq Hüquqları üzrə Ombudsmanının mətbuat xidməti məlumat yayıb.

Uşaq hüquqları üzrə ombudsman Aruzhan Sainin sözlərinə görə, yanvarın 5-də Almatıda valideynləri ilə gəzən on bir yaşlı uşaq güllə yarasından həlak olub.

Qeyd olunur ki, yanvarın 7-də 15 yaşlı yeniyetmə ağır güllə yaraları ilə Almatıdakı uşaq xəstəxanalarından birinə aparılıb, həkimlər onun həyatı üçün mübarizə aparır. Yeniyetmə atası ilə birlikdə maşında gedən zaman onların avtomobilinə atəş açılıb.

Teqlər: Qazaxıstan