19 May 2024
Qazaxıstanda saxlanılan iğtişaşçılar onlara pul ödənildiyini bildiriblər

Qazaxıstanda saxlanılan iğtişaşçılar onlara pul ödənildiyini bildiriblər

07 Yanvar 2022
Baxış: 432

Qazaxıstanın Çimkənt şəhərində iğtişaşlar zamanı saxlanılanlar bildiriblər ki, aksiyalarda iştiraka görə onlar pul, eləcə də energetik içkilər alıblar və bu içkilərdən sonra özlərinə “nəzarəti itiriblər”.

AJMEDİA.İNFO xəbər verir ki,Bu barədə şəhər administrasiyası rəhbərinin birinci müavini Şınqıs Mukan məlumat verib.

Qeyd edək ki, Çimkənddə iğtişaşlar zamanı 60-dan çox insanın xəsarət aldığı bildirilib. Etirazçılar həmçinin 10-dan çox polis avtomobilini məhv ediblər.

Sosial şəbəkələrdə isə Çimkənddə iğtişaşlar zamanı nümayişçilərə silahların necə paylandığını göstərən videolar yayılıb.

Teqlər: Qazaxıstan