17 May 2024
Qazaxıstan qiymət böhranı: Prezident hökuməti istefaya göndərdi: Etirazlar səhər saatlarında da səngiməyib - FOTO/VİDEO

Qazaxıstan qiymət böhranı: Prezident hökuməti istefaya göndərdi: Etirazlar səhər saatlarında da səngiməyib - FOTO/VİDEO

05 Yanvar 2022
Baxış: 513

Qazaxıstanda baş verən kütləvi etiraz aksiyaları ilə əlaqədar Prezident Kasım-Jomart Tokaev hökumətin istefaya göndərilməsinə dair sərəncam imzalayıb.

AJMEDİA.İNFO xəbər verir ki, Qazaxıstan prezidenti etirazlara görə hökuməti günahlandırıb.

Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

Buna baxmayaraq, səhər saatlarında paytaxt küçələrində yenidən etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib.

Xatırladaq ki, Qazaxıstanda etirazlar yanvarın 2-dən Janaozen, Manqistau vilayətləri başda olmaqla bir sıra yaşayış məntəqələrində başlayıb. Sakinlər maye qazın dəyərinin kəskin artmasına etiraz ediblər. Belə ki, ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb. Etirazlardan sonra ötən gün hökumət maye qazın qiymətini 50 təngəyə (təxminən 19 qəpik) endirib.