Qahirədə Qəzza ilə bağlı danışıqlar başa çatdı
1 saat əvvəlQazaxda qohum sürücülərin idarə etdiyi avtomobillər toqquşub, xəsarət alanlar var
30 Oktyabr 2021
Baxış: 519
Qazax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
AJMEDİA,İNFO xəbər verir ki, hadisə Ürkməzli kəndində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində sürücülər - Ürkməzli kəndin sakini, 1967-ci il təvəllüdlü Bahadur Dursun oğlu Əhmədov və həmin kəndin digər sakini, 1995-ci il təvəllüdlü İlham Hüseyn oğlu Əhmədov müxtəlif xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya aparılıb. İ.Əhmədovun xəsarəti daha ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
Qeyd edək ki, toqquşan avtomobillərin sürücüləri bir-birilərinə qohumdurlar.
Faktla bağlı araşdırmalara başlanılıb.