13 May 2024
Qaydaları pozan koronavirus xəstələri HƏBS EDİLƏCƏK – YENİ QANUN

Qaydaları pozan koronavirus xəstələri HƏBS EDİLƏCƏK – YENİ QANUN

22 Avqust 2021
Baxış: 766

ABŞ-ın Missisipi ştatında qaydalara riayət etməyib küçəyə çıxan koronavirus xəstələri 5 il həbs cəzası ilə üzləşəcəklər.
Müvafiq xəbərdarlıq əyalətin səhiyyə idarəsi tərəfindən verilib.
Məlumatda bildirilir ki, yoluxmuş bütün vətəndaşlara ən azı 10 gün yaşadıqları yerdə təcrid olunmaları əmr edilib.
MÖVZU İLƏ BAĞLI: Ötən gün 20 koronavirus xəstəsinə cinayət işi açılıb.
Yeni qaydalara görə, küçədə tutulan koronavirus xəstəsi, beş il həbs oluna və ya beş min dollar cərimələnə bilər.
Qeyd edək ki, Missisipi əyalətində koronavirusla bağlı çox ciddi vəziyyət var. Ötən cümə günü burada 4316 yoluxma hadisəsi qeydə alınıb.
Bundan əlavə, yerli əhali peyvənd olunmaqdan imtina edir, buna görə də COVID -lə bağlı vəziyyət getdikcə pisləşir. (Bizim Media)