17 May 2024
Qatarla toqquşan “Prius”dan sərnişinlər belə çıxarıldı - VİDEO

Qatarla toqquşan “Prius”dan sərnişinlər belə çıxarıldı - VİDEO

20 İyul 2023
Baxış: 371

FHN bu gün Xəzər rayonunda baş vermiş ağır qəza barədə məlumat yayıb.

AJMEDİA.İNFO nazirliyə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Zirə qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota Prius” markalı minik avtomobili ilə dəmir yolunda hərəkətdə olan qatarın toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və bir nəfər sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişini xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.