21 May 2024
Qarpız tumlarını atmayın – 8 əsas faydası

Qarpız tumlarını atmayın – 8 əsas faydası

14 Avqust 2023
Baxış: 542

Yay fəslində ən çox istifadə edilən qida məhsullarından biri də məhjz qarpızdır. Əksəriyyət bu bostan məhsulunu daimi istifadə etsə də, onun tumlarında olan faydalardan xəbərsizdir. Buna görədir ki, adətən qarpızı yeyərkən tumlarını təmizləməyə çalışırıq. Bəs görəsən qarpız tumlarının hansı faydaları var?


1. Bağırsaqları aktivləşdirir
Qarpız toxumlarında yüksək lif var. Bu xüsusiyyəti sayəsində bağırsaqların işləməsinə və həzm prosesinin asanlıqla tamamlanmasına kömək edir. Qəbizlik kimi həzm problemləri yaşayırsınızsa, dərman istifadə etmək yerinə qarpız tumları ilə probleminizi həll edə bilərsiniz.

2. Dərini gözəlləşdirir
Qarpız toxumlarında çoxlu antioksidanlar və omeqa-3 var. Bu xüsusiyyətləri sayəsində dərinizin yenilənməsini, nəfəs almasını və qocalma əlamətlərini azaltmasını təmin edir. Sızanaq kimi dəri problemlərinin qarşısını almağa kömək edir.

3. Qan şəkərini balanslaşdırır
Qarpız toxumları diabet xəstələri və ya namizədlər üçün müalicəvi əhəmiyyətə malikdir. Qarpız toxumlarını mütəmadi olaraq istehlak etməklə qan şəkərini idarə etməyə, insulin müqavimətini azaltmağa və qan dövranında qlükoza ifraznı azaltmağa kömək etmək mümkündür.

4. Enerji verir
Əgər sizi gərgin bir gün gözləyirsə, qarpız toxumları köməyinizə gələ bilər. Aşağı kalorili və yüksək enerji səviyyəsi sayəsində yorğunluğa qarşı yaxşı müqavimət rolu oynayır. Tərkibindəki minerallar və liflərlə bütün yorğunluğu bədəninizdən çıxarır.

5. Damar Sağlamlığını qoruyur
Qarpız toxumları omeqa-3 və omeqa-6 yağları ilə çox zəngindir. Bu xüsusiyyətləri sayəsində damarların tıxanması və sərtləşməsinin qarşısını alır, sizi qan dövranından qaynaqlanan bir çox xəstəliklərdən qoruyur.

6. Qan təzyiqini tənzimləyir
Əgər təzyiq probleminiz varsa, qarpız tumlarından faydalana bilərsiniz. Tərkibindəki bol zülal və amin turşuları sayəsində qarpız tumları qan təzyiqini tənzimləməyə kömək edir.

7. Sümükləri gücləndirir
Qarpız toxumlarında sümüklər üçün son dərəcə faydalı olan bol maqnezium var. Bu xüsusiyyəti sayəsində sümükləri gücləndirir və qocaldıqca inkişaf edən osteoporoz kimi xəstəliklərin qarşısını alır.

8. İmmunitet sistemini gücləndirir
Tərkibindəki çoxsaylı antioksidanlar sayəsində orqanizmin mənfi təsirinə səbəb olan bütün faktorları neytrallaşdırır və sizi xəstəliklərə qarşı dayanıqlı edir. Ürək xəstəliklərinin və bir çox xərçəng növlərinin inkişaf riskini azaldır.yeniavaz