19 May 2024
Qardaşı arvadını hamamda başqa kişi ilə yaxaladı... - Azərbaycanda DƏHŞƏTLİ QƏTL + TƏFƏRRÜAT

Qardaşı arvadını hamamda başqa kişi ilə yaxaladı... - Azərbaycanda DƏHŞƏTLİ QƏTL + TƏFƏRRÜAT

22 İyul 2022
Baxış: 592

İyulun 22-si saat 4 radələrində Cəlilabad rayon sakinləri 1992-ci il təvəllüdlü Könül Şahmarova və 1985-ci il təvəllüdlü Ruslan Qarayevin öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəlilabad Rayon Prokurorluğundan verilən xəbərə görə, aparılmış ilkin araşdırmalarla Cəlilabad rayon sakini, 1994-cü il təvəllüdlü Elşən Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qardaşı arvadı Könül Şahmarovanı, daha sonra isə həmin bıçaqla sonuncunun yaşadığı evdə olan Ruslan Qarayevə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elşən Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İş üzrə istintaq davam edir.

Könül Şahmarova və Ruslan Qarayevin qətli ilə bağlı təfərrüatı məlum olub.

AJMEDİA.İNFO xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, onlar intim münasibətdə olan zaman qətlə yetiriliblər.

Uzuntəpə kənd sakini Allahşükür Qarayevin oğlu Ruslan Qarayev gecə 4 radələrində Cəlilabad rayonunun Kirovka qəsəbəsində Könül Şahmarovanın yaşadığı evə gedib və onunla hamamda intim münasibətə girib.

Bu zaman evə gələn K.Şahmarovanın qaynı Elşən Məmmədov baş verənləri görüb və hər iki şəxsi qətlə yetirib.