19 May 2024
Qaraçuxurda antisanitar vəziyyət: Sakinlər yaxınlıqda zibil qabı olsa da, tullantıları başqa yerə atır - VİDEO

Qaraçuxurda antisanitar vəziyyət: Sakinlər yaxınlıqda zibil qabı olsa da, tullantıları başqa yerə atır - VİDEO

03 Yanvar 2022
Baxış: 505

Suraxanı rayon, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsinin bəzi sakinləri məişət tullantılarını düzgün yerə atmayan qonşularından şikayət edir.

Yaxınlıqda məişət tullantılarının atılması üçün qutular olsa da, sakinlərin bəziləri tullantıları həmin küçədə yerləşnən sovet dönəmində yanğınsöndürmə hovuzu kimi istifadə olunan tikiliyə atır.

Bu isə küçədə üfunət iyinə və antisanitar vəziyyətə yol açır.

Sakinlər bildirir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciə etsələr də, onların bu şikayətinə baxan olmayıb.