20 May 2024
“Qarabağ”ın qapıçısı polis bölməsinə APARILDI

“Qarabağ”ın qapıçısı polis bölməsinə APARILDI

01 Yanvar 2024
Baxış: 321

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov Azərbaycanda polis bölməsinə necə düşdüyü barədə danışıb.

“Mən çoxdan adaptasiya olmuşam, axı Azərbaycan rus dilində danışa bilənlər ölkəsidir. Yerli sürücülük tərzinə alışmaq daha çətin idi.

Bir gün ailəmi ticarət mərkəzinə aparıb, getdim bazaya. Birdən polis maşını məni saxladı. Dedilər ki, sən sürətlə sürürdün, tez-tez zolaqları dəyişirdin. O vaxt hələ də soyuqdəyməm var idi, elə bildilər ki, içmişəm, məni şöbəyə apardılar.

Nəticədə “Qarabağ”dan bir nəfərə zəng etdim, kömək üçün gəldi. Amma yenə də cəriməni ödəməli oldum”, - Lunyov bildirib.

AJMEDİA.İNFO bildirir ki, bu mövsüm Andrey klubunun heyətində 15 oyun keçirib, 14 qol buraxıb və yeddi dəfə qapısını toxunulmaz saxlayıb.