18 May 2024
Qarabağdan gedən ermənilər üzərində "qaçqın" oyunu

Qarabağdan gedən ermənilər üzərində "qaçqın" oyunu

27 Sentyabr 2023
Baxış: 716

Anım günüdür. Allah şəhidlərimizə rəhmət etsin.
Qarabağla bağlı əsas məqamlardan biri olan erməni əhalinin Ermənistana gedişi haqqında danışmaq istədim. Azərbaycan dövləti Qarabağdan heç bir erməni əhalini qovmur və onların təhlükəsizliyinə zəmanət verir. Bəzi qərb media mərkəzləri erməniləri qaçqın kimi qələmə verərək bu prosesləri süni qabardırlar. Fikrimcə Azərbaycanın Antirerror əməliyyatında dırnaqarası nöqsan tapa bilməyən bəzi ölkələr ermənilərin gedişi üzərində fokuslanırlar. Buna baxmayaraq rəsmi Bakının bu məsələdə əli güclüdür. Azərbaycan Qarabağdan getmək istəyən erməniləri saxlamağa borclu deyil. İnformasiya müharibəsində mediamız və jurnalistlərimiz həqiqəti çatdırmalıdır.
İkinci məsələni demək istəyirəm. Tomas De Vaal adlı şəxsi çoxlarımız tanıyır. Bu gün onun “ Foreign Affairs “ jurnalında “Dağlıq Qarabağın sonu” adlı məqaləsinə rast gəldim .Çox qərəzli və obyektivlikdən kənar yazıdır. Bir müddət əvvəl isə Tvitterdə Azərbaycan əleyhinə qərəzli yazı yazmışdı. Tomas jurnalistdir. Ancaq özünü deyəsən konfliktoloq kimi qələmə verir. O bu bitmiş münaqişədən pul qazanırdı. Artıq qazana bilməyəcək pul . Bu şəxsi tanıyın. Azərbaycan əleyhinə fikirlər yazmaqla özünü siyasi ekspert kimi tanıdır. Analizləri qeyri-dəqiq və qeyri-obyektivdir.

.

.

Rüstəm Tağızadə

AJM Politoloq