19 May 2024
“Qarabağ de-fakto və de-yure Azərbaycan ərazisidir” - KREML

“Qarabağ de-fakto və de-yure Azərbaycan ərazisidir” - KREML

11 Oktyabr 2023
Baxış: 463

Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, Qarabağdakı Rusiya sülhməramlıları məsələsinin İrəvanla müzakirə olunmadığını söyləyib: "Qarabağdakı Rusiya sülhməramlıları məsələsi İrəvanla müzakirə olunmayıb. Çünki de-fakto və de-yure bura Azərbaycanın ərazisidir".

Peskov vurğulayıb ki, Qarabağdakı Rusiya sülhməramlılarının sonrakı taleyi Azərbaycanla müzakirə olunacaq: "Lakin Ermənistanla təmaslar davam edəcək", deyə Kreml rəsmisi qeyd edib.