19 May 2024
“Qarabağ” bu gün “Bayer”lə QARŞILAŞACAQ - AFİŞA

“Qarabağ” bu gün “Bayer”lə QARŞILAŞACAQ - AFİŞA

09 Noyabr 2023
Baxış: 718

Avropa Liqasında mübarizə aparan “Qarabağ” bu gün turnirin qrup mərhələsində növbəti matçına çıxacaq.

AJMEDİA.İNFO xəbər verir ki, Azərbaycan çempionu Almaniyanın “Bayer” klubunu qəbul edəcək.

Bakıda keçiriləcək oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

İtkisiz irəliləyən “Bayer” hazırda 9 xalla qrup lideridir. “Qarabağ” isə 6 xalla ikincidir.

Avropa Liqası

H qrupu

9 noyabr, 21:45.

“Qarabağ” – “Bayer” Baş hakim: Kreyq Pouson (İngiltərə).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.