18 May 2024
Qar örtüyünün hündürlüyü 12 santimetrə çatıb - FAKTİKİ HAVA

Qar örtüyünün hündürlüyü 12 santimetrə çatıb - FAKTİKİ HAVA

04 Yanvar 2022
Baxış: 345

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya bildirilib ki, yanvarın 4-ü saat 13:00-a olan məlumatına əsasən Neft Daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb.

Bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı Quba, Qusarda 5.0 mm, Xaltan, Qrız, Xaçmaz, Lerik, Şabranda 2.0 mm, Lənkəran, Astara, Biləsuvar, Salyan, Altıağacda 1.0 mm, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü isə Qrızda 12 sm, Ağdərədə (Ordubad) 8 sm, Xaltanda 7 sm, Göygöl, Quba, Lerik, Ordubad, Qusarda 3 sm, Şahbuzda 2 sm, Sarıbaş (Qax), Gədəbəy, Altıağacda 1 sm olub.

Şimal-qərb küləyi arabir Mingəçevirdə 28 m/s, Şəkidə 25 m/s, Daşkəsən, Qobustanda 20 m/s, Şamaxıda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15-18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Havanın minimal temperaturuna gəlincə isə, Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, aran rayonlarında 0-2 dərəcə şaxta, dağlıq rayonlarda 7-11 dərəcə şaxta, Naxçıvan MR-da 4-10 dərəcə şaxta olub.

Qeyd edək ki, ölkə ərazisində 5-i gün ərzində, 6-da hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.