17 May 2024
Qanında virus tapılan Azərbaycan klubunun futbolçusu ölkədən xaric edildi

Qanında virus tapılan Azərbaycan klubunun futbolçusu ölkədən xaric edildi

11 Fevral 2024
Baxış: 476

Azərbaycanda çıxış edən daha bir legionerdə “Hepatit” virusu aşkarlanıb.

I Liqada mübarizə aparan “Araz Saatlı”nın müdafiəçisi Tahiru Bahın tibbi analizi neqativ çıxıb.

Aşağı liqanın debütantı ilə mövsümün əvvəlində birillik müqavilə imzalayan nigeriyalıda “Hepatit B” aşkarlandığından, ölkəmizdən ayrılmalı olub.

Analoji hadisənin daha öncə “Kəpəz”də baş verməsini xatırladaq. Nigeriyalı hücumçu Abdulla Şuaybu eyni problemə görə ötən ilin sentyabrında Azərbaycanı tərk edib. (sportinfo.az)