20 May 2024
Putinlə Rusiya ordusunun rəhbərliyi arasında GƏRGİNLİK YARANIB - CNN-dən ŞOK İDDİA

Putinlə Rusiya ordusunun rəhbərliyi arasında GƏRGİNLİK YARANIB - CNN-dən ŞOK İDDİA

31 Mart 2022
Baxış: 712

Birləşmiş Ştatlar hesab edir ki, Rusiya prezidenti Vladimir Putin müşavirləri tərəfindən ordunun Ukraynadakı uğursuzluğu və sanksiyaların ölkə iqtisadiyyatına təsiri barədə yanlış məlumatlandırılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "CNN” amerikalı məmura istinadən məlumat yayıb.

"Biz hesab edirik ki, müşavirlər Putinə Rusiya ordusunun necə zəif döyüşdüyü və sanksiyaların Rusiya iqtisadiyyatını necə çökdürdüyü barədə yanlış məlumat verirlər, çünki ona həqiqəti söyləməkdən çox qorxurlar”, - ABŞ rəsmisi bildirib.

Onun sözlərinə görə, qiymətləndirmə ABŞ kəşfiyyatının açıqladığı məlumatlara əsaslanır.

Amerikalı məmur əlavə edib ki, Putinin dezinformasiyadan xəbərdar olması və bu səbəbdən onunla Müdafiə Nazirliyinin ən yüksək rəsmiləri arasında soyuqluğun yaranması ilə bağlı ABŞ-da məlumatlar var.

"Bizdə məlumat var ki, Putin Rusiya hərbçiləri tərəfindən aldandığını hiss edib. İndi Putinlə Müdafiə Nazirliyi arasında davamlı gərginlik var. Bu, Putinin Müdafiə Nazirliyinin rəhbərliyinə inamsızlığından qaynaqlanır", - ABŞ rəsmisi bildirib.

Onun sözlərinə görə, Putinin, Rusiya hərbi strukturları tərəfindən "Ukraynada çağırışçılardan istifadə edilməsi və onların həlak olması barədə” məlumatı olmayıb. Bu da Rusiya prezidentinə dəqiq məlumatların ötürülməsində aşkar problemlərin oluğunun nümayişidir.

Teqlər: CNN Putin