05 May 2024
Putinlə Ərdoğan niyə tez-tez GÖRÜŞÜR? - Kremldən AÇIQLAMA

Putinlə Ərdoğan niyə tez-tez GÖRÜŞÜR? - Kremldən AÇIQLAMA

24 Oktyabr 2022
Baxış: 510

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla tez-tez təmasda olmasının səbəbini açıqlayıb.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, Peskov bildirib ki, Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanla tez-tez təmasları Ankaranın vasitəçilik səylərini davam etdirmək istəyi və Rusiya ilə Türkiyə arasında geniş ticarət-iqtisadi əlaqələrlə bağlıdır.

Ərdoğanın Putinlə tez-tez danışması ilə bağlı jurnalistlərin suallarını cavablandıran Peskov deyib:

"Rəsmi Ankara Paris və Berlindən fərqli mövqe tutur. Ankara daim vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bəyan edir. Putin dəfələrlə Türkiyənin vasitəçilik səylərini yüksək qiymətləndirib. Bundan əlavə, bizim çox geniş ticarət və iqtisadi əlaqələrimiz var və bir neçə iri layihələr var ki, onlar daim inkişaf etdirilir. Bütün bunlar təbii olaraq iki liderin niyə bir-biri ilə tez-tez ünsiyyət qurması lazım olduğunu göstərir”.