19 May 2024
Putinin köməkçisi SSRİ-ni yıxıb-sürüdü: "İyrənc yalan idi"

Putinin köməkçisi SSRİ-ni yıxıb-sürüdü: "İyrənc yalan idi"

05 Avqust 2021
Baxış: 597

Sovet hakimiyyəti iyrənc yalan idi.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Anatoli Çubays deyib.

“Səhər tezdən radionu qoşursan və sevincli səs eşidirsən: “Salam, uşaqlar”. Bax, birincidən sonuncu sözə qədər iyrənc yalan idi. Hər kəs bunun yalan olduğunu yaxşı başa düşürdü. Oxşar yalan dövlət həyatının hər aspektində müşahidə edilirdi”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bundan öncə SSRİ-nin çöküşünü XX əsrin ən böyük fəlakəti adlandırmışdı.(axar.az)