06 May 2024
Putinin 19 yaşlı qızının lüks villası - FOTOLAR

Putinin 19 yaşlı qızının lüks villası - FOTOLAR

08 Aprel 2022
Baxış: 753

Rusiya prezidenti Vladimir Putinin keçmiş sevgilisi Svetlana Krivonoqixdan olan 19 yaşlı qızının dəbdəbəli villası ortaya çıxıb.

"Unikal" xəbər verir ki, Rusiyanın aparıcı banklarından biri olan “Rossiya Bank”ında böyük sərmayə malik milyarder, 45 yaşlı Krivonoqixin qızı Luiza Rozova hazırda Sankt-Peterburqda yaşayır.

Belə ki, "Engel & Volkers" daşınmaz əmlak şirkəti tərəfindən paylaşılan foto və görüntülərdə Rozovanın yaşadığı villanın ən incə detalları üzə çıxıb. Evdə qızıl yarpaqlar və tikmələr diqqət çəkib.

Şirkətin rəsmi saytında Rozovanın yaşadığı evin 447 kvadratmetr, dəyərinin isə 2 milyon dollar olduğu qeyd edilib.

Gülayə Mecid