16 May 2024
"Putin Uraldakı bunkerdə gizlənir, buna dair sübutlar var" - ŞOK İDDİA

"Putin Uraldakı bunkerdə gizlənir, buna dair sübutlar var" - ŞOK İDDİA

01 Mart 2022
Baxış: 1255

“Putin artıq 5-ci gündür ki, Uraldakı bunkerindədir… Onun bunkerdə olması faktı 100% təşkil edir. Müəyyən məlumatlara görə, o, hazırda Uraldadır. Və bunu neçə nəfər də təsdiqləyir”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Rada telekanalının efirində Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

Onun sözlərinə görə, Putin ətrafının və elitasının reaksiyasından qorxduğu üçün gizlənir.

“Putin ölümcül koronavirus virusuna yoluxmaqdan qorxduğu üçün son 2 ili bunkerdə keçirdi. İndi onun yeni paranoyası var. Hazırda Ukrayna müharibəsi ilə bağlı macəranın nəticə vermədiyini anlayan Putin paranoyadadır. O, gizlənməyə və tamamilə hər şeydən qorxmağa başlayır”, – deyə Denisenko şərh edib.