06 May 2024
Putin sükutu pozdu: “Onlar eyni cavabı alacaqlar…”

Putin sükutu pozdu: “Onlar eyni cavabı alacaqlar…”

30 İyun 2022
Baxış: 393

Rusiya prezidenti Vladimir Putin NATO-nun genişlənməsi və Ukraynadakı son vəziyyətdən danışıb.

AJMEDİA.İNFO bildirir ki, Putin əsas məqsədlərinin Donbassı azad etmək və təhlükəsizlik zəmanəti almaqdan ibarət olduğunu deyib. Rusiya lideri Ukraynada xüsusi hərbi əməliyyatın məqsədlərinin dəyişmədiyini, lakin fərqli taktikaların ola biləcəyini bildirib. O, ölkəsinin Ukraynada irəlilədiyini və hədəflərinə çatdığını vurğulayıb.

NATO-nun genişlənmə siyasətindən danışan Putin fikirlərinə bu cür davam edib: “NATO, alyansa daxil olduqdan sonra Finlandiya və İsveç üçün infrastruktur yaradacaqsa, ona eyni şəkildə cavab veriləcək”.


Xatırladaq ki, iyunun 28-də İspaniyada prezident Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Niinistö, İsveçin baş naziri Andersson və NATO-nun baş katibi Stoltenberqin iştirakı ilə dördtərəfli sammit keçirilib. Sammitin sonunda Türkiyə-İsveç və Finlandiyanın imzaladığı birgə Memorandumla İsveç və Finlandiya üçün NATO üzvlüyünə yol açılıb.(sfera.az)