17 May 2024
Putin ona məktub yazan suriyalı qıza HƏDİYYƏ GÖNDƏRDİ

Putin ona məktub yazan suriyalı qıza HƏDİYYƏ GÖNDƏRDİ

26 Avqust 2021
Baxış: 650

Rusiya Prezidenti Vladimir Putin daha öncə ona məktub yazan İman Əli adlı 9 yaşlı suriyalı qıza hədiyyə və məktub göndərib.

AJMEDİA.İNFO axar.az-a istinadən xəbər verir ki, İ.Əliyə hədiyyələrin təqdim olunması üçün Rusiyanın Dəməşq səfirliyində mərasim keçirilib.

Mərasimdə iştirak edən Rusiya Baş Qərargah rəisinin müavini Aleksandr Çayko Putinin İman Əliyə yazdığı məktubu oxuyub.

Putin İ.Əlinin məktubundan dolayı təsirləndiyini deyib:

"Əminəm ki, bu cür istedadlı, iddialı, xeyirxah və dost uşaqların sayəsində Suriya dövlətini parlaq bir gələcək gözləyir".

Qeyd edək ki, İ.Əli Putindən hədiyyə olaraq oyuncaq göyərçin, böyük bir oyuncaq ayı və kukla alıb.