05 May 2024
Putin müharibənin anonsunu verdi: "Rusiyanı qane etmir" - VİDEO

Putin müharibənin anonsunu verdi: "Rusiyanı qane etmir" - VİDEO

02 Fevral 2022
Baxış: 388

Vladimir Putin ABŞ və NATO-nun Rusiyanın yazılı təhlükəsizlik zəmanəti təkliflərinə cavablarını şərh edib.

AJMEDİA.İNFO “RİA Novosti”yə istinadən xəbər verir ki, V.Putin cavablarda Rusiyanın fundamental narahatlıqlarının nəzərə alınmadığını bildirib.

Prezidentin sözlərinə görə, Rusiya Qərbin cavabında üç əsas tələbin, o cümlədən NATO-nun genişlənməməsinin adekvat nəzərə alınmasını görməyib.

“Rusiya hazırda Qərbin cavablarını diqqətlə təhlil edir. Buna uyğun qərarlar verəcəyik”, – deyə V.Putin bildirib.