06 May 2024
Putin ayaq üstə dayanmaqda çətinlik çəkir? - VİDEO

Putin ayaq üstə dayanmaqda çətinlik çəkir? - VİDEO

20 İyul 2022
Baxış: 390

Xəbər verdiyimiz kimi, ötən gün Tehranda Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü baş tutub.


AJMEDİA.İNFO xəbər verir ki, Putin görüş üçün Tehrana gəldiyi təyyarədən düşməsi zamanı lentə alınan görüntülər dünya mətbuatında gündəm olub.
“Mirror” nəşri yazıb ki, Putin ayaq üstə dayanmaqda çətinlik çəkir və görünüşü onun Parkinson və ölümcül xərçəng xəstəliyinə yoluxması ilə bağlı şayiələri daha da artıra bilər:


“Rusiya liderinin qəribə kadrlarında Mehrabad hava limanında yuvarlanan qırmızı xalçanın üstündən keçərkən onun sağ qolunun tamamilə sərt olduğu və tərpənmədiyi görünür”.
Həmin kadrları təqdim edirik: