17 May 2024
Prokurorluq “Nida”çı gəncin ölümünə AYDINLIQ GƏTİRDİ

Prokurorluq “Nida”çı gəncin ölümünə AYDINLIQ GƏTİRDİ

17 Dekabr 2021
Baxış: 484

Bakıda gənc faciəvi şəkildə ölüb.

AJMEDİA.İNFO xəbər verir ki, sosial şəbəkələrdə "Xəyyam Yaşıl" kimi tanınan 28 yaşlı Xəyyam Təhməzov çalışdığı nəşriyyatda çap maşınının arasında qalaraq ölüb.


Məlumatı VHP sədrinin təşkilati məsələlər üzrə müavini və partiya Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib.


Səbail rayon Prolurorluğu da hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, dekabrın 16-sı saat 11 radələrində paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən “İndigo” MMC-yə məxsus mətbəədə operator vəzifəsində işləyən 1993-cü il təvəllüdlü Xəyyam Təhməzovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Xəyyam Təhməzov mətbəədə kağızları kəsmə yolu ilə qabaqcadan müəyyən olunmuş formanı vermək təyinatı daşıyan avadanlıqda işləyərkən avadanlığın içində qalan kağızları çıxarmaq məqsədilə baş və əl nahiyəsini saldığı avadanlığın hidravlik pressinin arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.


Qeyd edək ki, gənc yaşlarından siyasətə qatılan 28 yaşlı Xəyyam Təhməzov Vətəndaş Həmrəyliyi Partiyasının Cəbrayıl rayon təşkilatının və "Nida" Vətəndaş Hərəkatının fəal üzvlərindən idi.


Allah rəhmət eləsin...