18 May 2024
Professordan Azərbaycanla bağlı QORXUNC PROQNOZ - Azərbaycanda 7.5 bal gücündə zəlzələ... - VİDEO

Professordan Azərbaycanla bağlı QORXUNC PROQNOZ - Azərbaycanda 7.5 bal gücündə zəlzələ... - VİDEO

23 May 2023
Baxış: 287

Ölkəmizdə səfərdə olan türkiyəli akademik, dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Cəlal Şəngör Azərbaycanda mümkün zəlzələ ehtimalından danışıb.

AJMEDİA.İNFO xəbər verir ki, şəhərdə gəzinti zamanı jurnailstlərə açıqlama verən geoloq bildirib ki, Azərbaycan seysmoaktiv zonada yerləşir:


“Sizin mənzərəniz, havanız gözəldir. Amma unutmayın ki, bu mənzərə, bu dağlar elə belə yaranmayıb. Bu dağlar zəlzələlər hesabına formalaşıb.

İspaniyadan başlayıb Çinə qədər uzanan bu ərazilər seysmik aktiv zonalardır. Ona görə də Azərbaycanda hər an zəlzələ ola bilər. Zəlzələnin maqnitudasının isə 7.5 bala qədər olma ehtimalı var”./bizim.media