17 May 2024
Prezidentin təyin etdiyi yeni hakimlər onların ailə üzvləridir - ADLAR

Prezidentin təyin etdiyi yeni hakimlər onların ailə üzvləridir - ADLAR

11 Oktyabr 2023
Baxış: 938

Xəbər verdiyimiz kimi, Prezidentin sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinə yeni hakimlər təyin edilib.

AJMEDİA.İNFO xəbər verir ki, hakim təyin edilən şəxslərin yarıdan çoxunun (32 hakimdən 17-si) qadın olması diqqəti çəkir.

Əldə etdiyimiz məlumata görə, hakim təyin edilən xanımlardan bəziləri tanınmış şəxslərin ailə üzvləridir. Belə ki, dövlət başçısının sərəncamı ilə Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilən Fəridə Rzayeva Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin qızıdır. O, daha əvvəl vəkillik fəaliyyəti ilə məşğul olurmuş.

Nəsimi Rayon Məhkəməsinin hakimi təyin olunan Vüsalə Musayeva isə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarovun həyat yoldaşıdır. V.Musayeva daha əvvəl 9 il Bakı şəhəri 6 saylı Vəkil Bürosunda fəaliyyət göstərib. O, daha əvvəl KOBİA-nın Daxili audit şöbəsində də fəaliyyət göstərib.

Bundan başqa Göyçay Rayon Məhkəməsinin hakimi təyin edilən Liza Xanməmmədova Salyan Şəhər Bələdiyyəsinin sədri Əliəşrəf Xanməmmədovun qızıdır. O, daha əvvəl Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsində aparıcı məsləhətçi vəzifəsində də çalışıb.

Ağdaş Rayon Məhkəməsinin hakimi təyin edilən Aygün Mürsəlova isə daha əvvəl Gəncə Hərbi Məhkəməsində çalışıb.(Qafqazinfo)