06 May 2024
Prezidentin ötən gün təyin etdiyi xüsusi nümayəndəsi Naxçıvandadır - FOTO

Prezidentin ötən gün təyin etdiyi xüsusi nümayəndəsi Naxçıvandadır - FOTO

23 Dekabr 2022
Baxış: 301

Prezidentin ötən gün təyin etdiyi xüsusi nümayəndə Fuad Nəcəfli artıq Naxçıvandadır.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə naxçıvanlı jurnalist Heydər Oğuz məlumat verib.

Məlumata görə, Fuad Nəcəfli işləyəcəyi quruma gedib.

Xatırladaq ki, Fuad Nəcəfli əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhərində 1 saylı yeri İqtisad Məhkəməsində başlayıb. Beynəlxalq Sığorta Şirkətində, "Star Alyans" Sığorta Şirkətində, "Texnikabank"da, "Paşa Holdinq" MMC-də və digər qurumlarda müxtəlif vəzifələrdə işləyib. 2019-cu ildən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Müşahidə Şurasının üzvüdür.

(Sfera.az)